Kim Çen In Roma Papasını ölkəsinə dəvət etdi

Baxış sayı:
2524

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Roma Papası Fransiski ölkəsinə səfərə dəvət edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Prezident Ofisi məlumat yayıb. Bildirilir ki, gələn həftə Avropada səfərdə olacaq Cənubi Koreya prezidenti Mun Ce-in KXDR liderinin dəvətini Roma Papasına çatdıracaq.

Ekspertlər xatırladırlar ki, Şimali Koreyadakı katolik kilsəsi Vatikana tabe deyil. Şimali Koreyada 3 minədək katolik olduğu bildirilir. Lakin insan hüquqları üzrə beynəlxalq təşkilatlar bu rəqəmin bir neçə yüz olduğunu və Şimali Koreyada xristianların təqib və ölkədən qovulduğunu bildirirlər. 2014-cü ildə Seula səfəri zamanı Roma Papası Fransisk buradakı çıxışına Şimali Koreyanın katolik kilsə rəhbərliyini də dəvət etmişdi. Lakin Şimali Koreya katolikləri bu dəvəti rədd etmişdilər.