“Keşikçidağdakı hadisəni qınayıram” - Gürcüstanın Bakıdakı səfiri

Baxış sayı:
934

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Keşikçidağda baş verən insidentlə bağlı danışıb.

O, İTV-yə açıqlamasında hadisəni pislədiyini bildirib:

“Çox təəssüfedici insidentdir. Mən bu hadisəni pisləyir və qınayıram. Gərək biz imkan verməyək ki, müəyyən qüvvələr təxribata nail olsunlar. Sərhədin delimitasiyası ilə bağlı komissiyalar çalışır. Komissiyalara imkan verək ki, öz işlərini görsünlər və ölkələr arasında əlaqələri gücləndirən qərara nail olsunlar. Bu qərar tərəfdaşlıq və dostluq münasibətlərimizin ruhuna yaraşan qərar olacaq”.