​Karlo Ançelotti yenidən “Çelsi”yə qayıdır?

Baxış sayı:
3479

Muxalifet.az xəbər verir ki, “Çelsi” klubunun sahibi Roman Abramoviç 58 yaşlı italiyalı mütəxəssislə görüşərək ona 2018-ci ilin fevral ayında kluba geri dönməyi təklif edib.
Hazırda “Çelsi” klubunun məşqçisi digər italiyalı mütəxəssis Antonio Kontedir. Klub ötən mövsüm onun rəhbərliyi ilə İngiltərə çempionu olub. “Çelsi” hazırda İngiltərə çempionatında 35 xalla üçüncü yerdədir və turnir cədvəlinin lideri “Mançester Siti” klubundan 14 xal geri qalır.
Xatırladaq ki, Ançelotti “Çelsi” klubuna 2009-2011-ci illərdə başçılıq edib. Komanda 2009-2010-cu il mövsümündə İngiltərə çempionu olub və ölkə kubokunu qazanıb. Karlo Ançelotti, həmçinin İtaliyanın “Parma” (1996-1998), “Yuventus” (1999-2001) və “Milan” (2001-2009) komandalarında, Fransanın PSJ (2011-2013), İspaniyanın “Real” (2013-2015) və Almaniyanın “Bavariya” (2016-2017) klublarında məşqçilik fəaliyyəti göstərib.