Jerar Depardye Türk vətəndaşı olmaq istəyir

Baxış sayı:
4012

2013-ci ildə Rusiya vətəndaşlığına keçən məşhur Fransız aktyor Jerar Depardye, oktyabr ayında Türkiyəyə gələrək prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyini bildirib və Türk vətəndaşlığı almaq istədiyini söyləyib.
 
Koreya Demokratik Xalq Cümhuriyyətinin 70-ci ildönümünü təbrik etmək üçün Pyongyanga gedən məşhur Fransız aktyoru Jerar Depardye, “Aydınlıq” qəzetinə açıqlama verib.
Pyongyanga KXDR- Fransa Dostluq Cəmiyyətindən yoldaşları ilə gəldiyini bildirən Depardye, Rusiya vətəndaşlığından başqa Əlcəzair vətəndaşlığının olduğunu bildirərək, Türk vətəndaşı da olmaq istədiyini deyib.
Deparde, "Oktyabr ayında Türkiyədə olacağam və Ərdoğanla da görüşəcəyəm" deyib.
Depardyenin, Pyongyangda olduğu müddət ərzində KXDR başqanı Kim Jong Un ilə görüşməsi gözlənilir.
Müxalifət.az