İvanişvili 3 naziri istefaya göndərir

Baxış sayı:
5965

Gürcüstan Müdafiə naziri Levon İzoriya istefaya göndəriləcək. Muxalıfet.az Axar.az-a ıstınaden xəbər verir ki, bu məlumatı “Pirveli Radio”su yayıb. Radio İzoriyanın yerinə İmereti regionunda dövlətin səlahiyyətli nümayəndəsi olan general Şavleqo Tabatadzenin təyin olunacağını bildirib. İzoriya ilə bərabər Maliyyə naziri İvane Maçavariyani və İnfrastruktur naziri Maya Çkitişvilinin də istefaya gedəcəyi vurğulanıb. Qeyd edək ki, Tabatadze Gürcüstan ordusunda 20 il xidmət edib. O, general rütbəsini 2017-ci ildə alıb.