​İtaliya gimnastları: Bakıda yarışmaq böyük hadisədir

Baxış sayı:
364

Azərbaycan və Avropa birinciliyinin təşkilatçılıq səviyyəsi heyrətamizdir.
Muxalifet.az xəbər verir ki, bu fikri David Naççi, Françesko Sebastio və Marko Vardjiudan ibarət italyan gimnastlar triosu Bakıda aerobika üzrə Avropa çempionatında çıxış edəndən sonra bildirib.
Onlar deyiblər: “Biz belə gözəl yerdə yarışlarda iştirak etdiyimizə görə şadıq. Burada hər şey idealdır. Bakıya ilk dəfə gəlmişik, fantastik şəhərdir. Bakının hər qarışı çox gözəldir. Mətbəxinizə söz ola bilməz. Gimnastika arenası isə inanılmazdır. Burada olmaq böyük hadisədir”.
İtaliya idmançıları söz veriblər ki, gələn il mütləq Bakıya qayıdacaqlar.