​İstanbuldakı suriyalılarla bağlı mühüm qərar – AVQUSTUN SONUNA KİMİ VAXT VERİLDİ

Baxış sayı:
3709

Türkiyənin digər şəhərlərində qeydiyyatda olub, İstanbulda yaşayan Suriya vətəndaşlarının qeydiyyatı üzrə geri qayıtmaları üçün 2019-cu il avqustun 29-a kimi vaxt verilib.
Muxalifet.az
axar.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyindən məlumat verilib.
Məlumatda rəsmi sənədlərə görə hazırda İstanbulda 1 milyon 69 min 860 xarici vətəndaşın qeydiyyatda olduğu bildirilir. Onlardan 547 min 479-u Suriya vətəndaşıdır. Onlar müvəqqəti qoruma qeydiyyatına alınıb. Hazırda İstanbulda bu qeydiyyat növü dayandırılıb.
Bundan əlavə ölkəyə qanunsuz yollarla daxil olanların da saxlanılaraq ölkələrinə geri qaytarılması istiqamətində tədbirlər görülür.