İsrail səfirliklərini yenidən açacaq - Tarix bilindi

Baxış sayı:
9177

İsrail sabahdan etibarən bütün səfirliklərini yenidən açacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Maliyyə Nazirliyi ilə problem üzündən bağlanmış diplomatik nümayəndəliklər noyabrın 1-dən əvvəlki fəaliyyətinə qayıdacaq.

Xatırladaq ki, Maliyyə Nazirliyinin diplomatların xərcləri ilə bağlı vergilərin geri alınması qərarından sonra səfirliklər bir çox ölkələrdə, o cümlədən Azərbaycan tətil elan etmişdi.