İsrail Rusiyanın ittihamlarını RƏDD ETDİ

Baxış sayı:
5341

İçərisində 15 nəfər hərbçi olan Rusiya təyyarəsinin Aralıq dənizində vurulması ilə əlaqədar Rusiyanın müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermana telefonla zəng edərək hadisənin günahkarının İsrail olduğunu söylədikdən sonra İsrail MN açıqlama verib. Hurriyyet.org xəbər verir ki, İsrailin Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Rus hərbçilərinin ölümünə görə təəssüflənirik, lakin bunun məsuliyyəti Əsəd, İran və Hizbullahın üzərinə düşür”.