İŞİD-in Türkiyə ilə bağlı DƏHŞƏTLİ PLANI - Terrorçubaşı Bağdadinin əlində "Türkiyə vilayəti" görüntüsü!

Baxış sayı:
13510

Terror təşkilatı İŞİD-ın 4 il sonra yenidən ortaya çıxan başçısı Bağdadinin əlindəki dosyelərin birində "Türkiyə vilayəti" yazısı diqqət çəkib.
 
Yayımlanan videoda Baqdadi əlindəki bəzi dosyelər və bu dosyelərdəki yazılar ağıllarda bir sual yaradıb.
Dosyelərin üz səfihəsində Şam, Yəmən, Somali, Qafqaz, Orta Afrikanın yanında Türkiyənin də adı "Türkiyə Vilayəti" şəklində keçir.
 
ZAMANLAMA TƏSADÜFDÜR?
 
S-400-ün Türkiyəyə təhvil verilmə tarixinin yaxınlaşması, Aralıq dənizindəki təbii qaz gərginliyi və İrana sanksiyalar mövzusunda ABŞ tərəfindən Türkiyəyə tətbiq olunmağa çalışılan təzyiq müzakirə edilərkən, birdən Bağdadinin əlində "Türkiyə" dosyesi ilə ortaya çıxması diqqətlərdən qaçmayıb.
 
ANLAM NƏDİR?
 
Söz mövzusu dosyelər Türkiyəyə qarşı üstü örtülü bir təhdid və ya bir hərəkat mesajını ağıllara gətirir.

Müxalifət.az