İraq Parlamenti ABŞ bazalarının ölkədən çıxarılmasını müzakirə etmək üçün sabah təcili toplanır

Baxış sayı:
2035

Iraq hökuməti, ABŞ hərbi kontingentinin ölkədəki fəaliyyətini məhdudlaşdırmaq qərarı qəbul etdiyini açıqladı. İraq Kürd Muxtariyyətindən (IKM) verilən açıqlamada qarışıqlıq davam edərsə, İŞİD kimi terror birliklərinin yenidən fəallaşacağı xəbərdarlığı edildi, “İraq ölkələrin qarşıdurma meydanına çevrilməməlidir” deyildi.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla xəbər verir.
İran İnqilab Keşikçilərinin açıqlamasında isə “Süleymaniyə sui-qəsd, ABŞ-ın bölgədə mövcudluğunun sona çatmasıdır” ifadələri işlədildi. Səhər saatlarında İraq Milli Təhlükəsizlik Şurası “ABŞ-ın İraqdakı hərbi varlığına son verilə bilər ” mesajını vermişdi.
Iraq baş naziri Adil Abdulmehdinin hərbi müşaviri Abdulkərim Halaf, mətbuat konfransında, İranlı general Qasım Süleymani və Haşdi Şabi liderinin köməkçisi Əbu Mehdi əl-Mühəndisin Bağdaddaki ABŞ hücumunda öldürülməsindən sonra hökumətin, ABŞ bazalarının ölkədəki fəaliyyətini məhdudlaşdıran qərarı qəbul etdiyini açıqladı.
Halaf, Süleymanini Bağdada aparan təyyarədəki ekipajın da dindirildiyini bildirdi.

TƏCİLİ İCLAS
Iraq Parlamenti, ABŞ qüvvələrinin Iraqdan çıxarılması mövzusunu müzakirə üçün sabah təcili iclasa hazırlaşır. Haşdi Şabiyə yaxın şiə deputatlar, diğər siyasi qruplardan olan deputatların sabahkı iclasda iştirak etmələri üçün çağırış etdi. Süleymani və Mühəndisin öldürülməsindən sonra diqqət ABŞ-in Iraqdaki hərbi varlığına yönəldi.
ABŞ-ın Iraqda 9 hərbi bazası var. Səddam Hüseyn rejimini devirmek üçün 2003-ün martında Iraqı işgal edən ABŞ-ın bu ölkədə məlum olan 9 hərbi bazası var. ABŞ 2011-də Iraqdan çəkilsə də, buradakı varlığını bu hərbi bazalarla gücləndirdi. ABŞ-ın Iraqda hal-hazırda təxminən 5 min əsgəri var.
ABŞ, paytaxt Bağdadda Beynəlxalq Bağdad hava limanıdakı Victory hərbi bazasından başqa, Taci bölgəsində təlim məqsədli Taci hərbi bazasına sahibdir. Ölkənin qərbindəki Enbarda Habaniyyə və Aynül- Əsəd adlı iki hərbi bazası da olan ABŞ, xüsusilə 2014-cü ilin yayında İŞİD hücumları zamanı bu bazalardan istifadə etmişdi.
Amerika əsgərləri, Səlahəddin vilayətindəki Beled hava bazasını da istifadə edir. Iraqı işgal edən ABŞ, Kərkükdəki K1 hava bazasından başqa, ölkənin ikinci böyük şəhəri Mosulda da hərbi bazalara sahibdir. ABŞ qüvvələri, Mosulda Kayarra (Geyyara) bazasında da yerləşir. ABŞ prezidenti Donald Trampın hərbçiləri Suriyadan çıxarmaq qərarı verdikdən sonra gündəmə gələn Ərbildəki Harirdə bazası da saxlanılır.
Təhlükəsiz olmasından başqa, Suriyanın şimalı ilə Iraq Kürd Muxtariyyətini bir-birinə bağlayan Fişhabur sərhəd məntəqəsinə 227 kilometr məsafədə yerləşən Harir, ABŞ-ın Iraqın şimalında Suriya sərhədinə ən yaxın hərbi bazasıdır.
Twitter hesabından açıqlama verən İran XİN Cavad Zərif isə "ABŞ-ın Qərbi Asiyadaki zərərli mövcudluğunun başa çatma müddəti başladı ", dedi.
Muxalifet.az