İRANDA GÜCLÜ ZƏLZƏLƏ: yaralıların sayı 233 nəfərə çatdı – YENİLƏNİB

Baxış sayı:
4510

 
İranın Kirmanşah əyaləti yaxınlığında baş vermiş 6,1 bal gücündə zəlzələdə yaralananların sayı 233 nəfərə çatıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanların dərinliyi 10 kilometrə yaxın olub. Baş vermiş hadisə zamanı içərisində azyaşlı uşaqların da olduğu 233 nəfər müxtəlif bədən xəsarətləri alıb, bir nəfər isə ölüb.
 


***
 
İranın qərbində zəlzələ nəticəsində ölənlərin sayı 2, yaralananların sayı isə 232 nəfərə qədər artıb.
Bu haqda İranın "Mehr" agentliyi bildirib.
 
***
İranın qərbində zəlzələ nəticəsində zərərçəkınlərin sayı 140 nəfərə qədər artıb.
Publika.az xəbər verir ki, bu haqda yerli “Press-TV” telekanalı bildirib.
“Ən azı bir insan həlak olub və 140-dan çoxu yaralanıb”, - telekanal xəbər verib.
 
***
İranın Kirmanşah vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Yeraltı təkanlar İraqın paytaxtı Bağdadda da hiss olunub.
Yerli "Press TV" telekanalı məlumat yaydığı məlumatda deyilir ki, ilkin məlumatlara əsasən, təbii fəlakəgt nəticəsində1 nəfər ölüb, 58-i yaralanıb.