​İranda etiraz dalğası TEHRANA çatdı

Baxış sayı:
3994

Qiymət artımına və milli valyutanın devalvasiyasına görə İranı bürümüş etiraz dalğası ölkənin paytaxtına – Tehrana çatıb.
Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkədəki iqtisadi vəziyyətdən narazı vətəndaşlar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Daha öncə Məşhəd, Şiraz və İsfahan şəhərlərində ölkədə iqtisadi şəraitin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirilib.

Aksiya iştirakçıları hakimiyyəti qida məhsullarının qiymətlərinin artırılmasının qarşısını almağa və milli valyutanın məzənnəsinin aşağı düşməsini dayandırmağa çağırıblar. Aksiya polis tərəfindən dağıdılıb.