İrana hücumun GERÇƏK SƏBƏBİ - Bjeziniskinin vəsiyyəti NƏ İDİ?

Baxış sayı:
9001

“İrana hücumun əsas hədəflərindən biri Türkiyədir”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Araşdırmalar İnstitutu rəhbərinin müavini, Yaxın Şərq üzrə mütəxəssis Yelena Suponina KAFKASSAM-a açıqlamasında deyib.
Rusiyalı ekspert hesab edir ki, Moskva da hərəkətə keçməlidir: “Bölgədə tərəfdaşlarımızla münasibətlərimizi daha da yaxşılaşdırmalıyıq. Rusiya-Türkiyə-İran formatı yaxşı işləyir. ABŞ bölgədə hər kəsin bir-birinə qarşı çıxmasını istəyir. Türkiyə İrana qarşı son hücumlardan narahatdır. Çünki Tehrana qarşı hücum Ankara üçün “yaxşı hədiyyə” vəd etmir”.
Y. Suponina qeyd edib ki, ABŞ qərbyönümlü İranın qurulmasını istəyir.
“Məşhur amerikalı politoloq Zbiqniv Bjeziniski də “Böyük Şahmat Taxtası” kitabında İranın qərbyönümlü ölkəyə çevrilməsinin vacibliyinə toxunurdu və qeyd edirdi ki, “bölgədə getdikcə güclənən Türkiyəyə qarşı balans yaratmaq lazımdır”. Bu baxımdan, hesab edirəm ki, ABŞ-ın İrana hücumunun əsas səbəblərindən biri Türkiyədir. Gələcəkdə Türkiyə də hədəfdə olacaq”, - deyə o bildirib.