İran XİN rəhbəri Cavad Zərif ABŞ prezidenti Trampa "SANKSİYALARI LƏĞV ET" dedi

Baxış sayı:
7708

İran XIN naziri Məhəmməd Cavad Zərif ABŞ-n İrana təzyiq siyasətinin uğursuz olduğunu əsas gətirərək Washingtona nüvə sazişini yenidən müzakirəyə çıxarmaq çağırışı etdi. Zərif, Twitter hesabından etdiyi paylaşımda ABŞ-ın dünən açıqladığı İranın inşaat sektoruna yönəlmiş yeni sanksiyalara qarşı etirazını bildirdi. ABŞ-ın sanksiyalarını iqtisadi terror hesab edən Zərif iqtisadi sanksiyaların bu dövlətin uğursuzluğuna işarə etdiyini vurğuladı. O İranın təzyiqlərə təslim olmayacağını bəyan edərək ,”ABŞ özünü daha dərin uçuruma uğratmaq yerinə bu faydasız siyasətdən əl çəkməli və nüvə sazişinin yenidən müzakirəsinə qayıtmalıdır”, deyə fikrini bildirdi. Belə ki, ABŞ dünən İranın inşaat sektoru və hərbi sahədə istifadə edilən bəzi vacib avadanlıqların ticarətinə dair yeni sanksiyalar qəbul ediləcəyini açıqlamışdı. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2018-ci ilin mayında İranla imzalanan nüvə razılaşması sazişini ləğv etmişdi.. Sonra isə Tehranın neft ixracatına sanksiya qoyan ABŞ , aprel ayında İran İnqilab Mühafizə Ordusunu “ xarici terror təşkilatları”siyahısına salmışdı. Bütün bunlara baxmayaraq İranla ilkin şərtsiz müzakirələrə hazır olduğunu açıqlayan Trampa pezident Həsən Ruhani, sanksiyalar ləğv olunmadan ABŞ ilə heç bir razılaşmaya getməyəcəyini açıqlamışdı. Muxallifet.az