İran televiziyasında ŞOK: Trampı öldürənə 80 milyon dollar veriləcək

Baxış sayı:
3766

İranlılar qisasa and içərkən, Trampı öldürənə mükafat vəd edildi. Donald Tramp, İranda baş verənlər üzündən Yaxın Şərq səfərini yenidən nəzərdən keçirməyi istəyə bilər.
Muxalifet.az "Hurriyet"ə istinadla bildirir ki, İrandakı “Kanal 1”-dən canl yayımlanan, Süleymaninin dəfn mərasiminin spikeri Donald Trampı öldürənə mükafat veriləcəyini söylədi.
Ayrıca aparıcı, dəhşətli açıqlamasında, "İranın 80 milyon əhalisi var. Hər İranlı 1 dollar versə, cəmi 80 milyon dollar edər. Sarı saçlı dəlinin kəlləsini gətirənə 80 milyon dollar verəcəyik " dedi.
Təklif dövlət televiziyasından yayımlansa da, hökumət buna bənzər bəyanat verməkdən yayındı, çünki, bu savaş elanı demək olardı.
Muxalifet.az