İran nüvə proqramını bərpa edir – ABŞ-a CAVAB

Baxış sayı:
2269

ABŞ prezidenti Donald Tramp mayda sanksiya tətbiqinin dayandırılması qərarının müddətini uzatmayacağı təqdirdə İran nüvə proqramını bərpa edəcək.
“TASS” xəbər verir ki, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.
Onun sözlərinə görə, dünya ictimaiyyəti İranı nüvə sazişinə birtərəfli şəkildə riayət etməyə çağırmamalıdır.
Qeyd edək ki, mayın 12-də D.Tramp sanksiyaların “dondurulması”nın uzadılmasına dair qərar verməlidir. Qərar qəbul edilmədikdə sanksiyalar avtomatik bərpa olunacaq.