İran Güney Azərbaycanda kürdləri vəzifəyə gətirir – SƏBƏB

Urmiya şəhər meri şəhərin 3 nömrəli rayonunun bələdiyyə başçısı postuna kürd əsilli şəxsi təyin edib. 
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, İran hökumətinin son vaxtlar Qərbi Azərbaycanda kürdlərə böyük dəstək verməsi güneylilər tərəfindən narahatlıqla qarşılanır. Əhali bu təyinatların Tehranın göstərişi ilə olduğunu və kürd terror qruplaşmalarının köməyi ilə bölgənin kürdləşdirilməsinə nail olmaq kimi qiymətləndirir. 
Qeyd edək ki, Qərbi Azərbaycanın vali postuna kürd əsilli Firudin Hümmətinin təyinatı yerli əhalinin ayıq-sayıqlığı və bir sıra azərbaycanlı fəalın etirazı nəticəsində mümkün olmamışdı.