İRAN ÇALXALANIR - 10 minlərlə insan ayağa qalxdı... / VİDEO

Baxış sayı:
2707

İranda cümə namazından sonra minlərlə insan küçələrə çıxıb.

"Anadolu" agentliyi xəbər verir ki, nümayişçilər İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə etiraz edib. ABŞ-a qarşı şüarlar səsləndirən etirazçılar, yürüşlər təşkil edib. Aksiya paytaxt Tehranla yanaşı, Kirman, Qum və digər şəhərlərdə də təşkil olunub.

Xatırladaq ki, ABŞ-a məxsus helikopterin Bağdad hava limanına endirdiyi iki raket zərbəsi nəticəsində “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani və “Haşdi Şabi” qruplaşmasının 7 nümayəndəsi həlak olub.