İran ABŞ-a şərtini açıqladı! - "Dialoqun başlaması üçün..."

Baxış sayı:
9538

İranın Xarici İşlər naziri Cavad Zərif "iqtisadi müharibə" olaraq xarakterizə etdiyi ABŞ-ın sanksiyalarını qaldırmadan iki ölkə arasında dialoqun başlamayacağını söyləyib. Qeyd edək ki, ABŞ Xarici İşlər naziri Mayk Pompeo dünən etdiyi bir açıqlamada İran ilə ön şərtsiz görüşmələrə başlana biləcəyini açıqlamışdı. İran Xarici İşlər naziri Cavad Zərif bu gün etdiyi açıqlamada, ABŞ-ın sanksiyalarını "iqtisadi müharibə" olaraq xarakterizə edərək İranın nüvə proqramıyla heç bir əlaqəsinin olmadığını irəli sürüb. Zərif sanksiyalar qalxmadan ABŞ ilə dialoqun başlamayacağını söyləyib. Zərif sosial media hesabından etdiyi paylaşmada, "İrana qarşı iqtisadi terrorizm günahsız vətəndaşları hədəf alır. Ürəyi qırılmış anası böyüdükcə ona protez ayaq ala bilmədiyi bu kiçik uşaq kimi" deyərək bir qadının oğulunun ehtiyacı olan protez ayağın sanksiyalar səbəbiylə ala bilmədiklərini söylədiyi bir video paylaşıb. Müxalifət.az