“İNDİ ƏSAS MƏSƏLƏ SAAKAŞVİLİNİ XİLAS ETMƏKDİR” - Çaladze Milli Hərəkat Partiyasının sədri vəzifəsinə namizədliyini geri götürdü

Baxış sayı:
15587

Giorgi Çaladze Milli Hərəkat Partiyasının sədri vəzifəsinə namizədliyini geri götürüb.

Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Çaladzenin özü məlumat verib.

Onun sözlərinə görə, indi əsas məsələ Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xilas edilməsidir.

“Prezident Saakaşvili məsələsi yeganə problemdir ki, onun üzərində tam cəmləşmək lazımdır. Ona görə də mənim üçün qalan hər şey ikinci dərəcəlidir. Bu gün mən Levan Xabeişvilinin çıxışına qulaq asdım, təəssüf ki, iclaslarda idim və şəxsən onunla danışa bilmədim. Bir yerdə oturub danışmaq lazımdır, bu iş keçən il, oktyabrın 3-də başlamalı idi və mövzu - Prezident Saakaşvili ölkəmizin Avropa gələcəyi ilə bağlı ilk sual olmalıdır. Buna uyğun olaraq demək istəyirəm ki, mən namizədliyimi geri götürürəm, daha namizədliyimi irəli sürməyəcəyəm. Amma dərhal qeyd edim ki, nə qərargah, nə rəsmiləşdirmə, nə struktur bölmələri, nə də başqa bir şey lazım deyil, geniş konsensus olmalıdır, bizə proses lazımdır. Prezident Saakaşvili üçün, başqası üçün deyil.

Ümid edirəm ki, partiya və digər resurslar məni dəstəkləyəcək və biz birlikdə ölkəmizin prezidentini xilas edə bilək”, - Çaladze bildirib.