Həbib Nurməhəmmədov UFC çempionu oldu və... – PUTİNDƏN MİLYARDER ZİYAYA KÖMƏK İSTƏDİ

Baxış sayı:
3373

MMA döyüşçüsü Həbib Nurməhəmmədov UFC tarixində ilk rusiyalı dünya çempionu olub.
“RİA Novosti” bildirir ki, 29 yaşlı idmançı yüngül çəkidə UFC çempionu titulu uğrunda amerikalı El Yakvintlə qarşılaşmanın 5-ci raundunda hakimlərin yekdil qərarı ilə qalib elan edilib.
Döyüş Nyu-York şəhərində baş tutub.
Bu, Nurməhəmmədovun karyerası ərzində qazandığı 26-cı qələbədir. Onun aktivində məğlubiyyət yoxdur. Yakvint üçün isə bu, 13 qələbə və 1 heç-heçə ilə yanaşı 4-cü məğlubiyyətdir.
Həbib Nurmaqomedov görüşdən sonra Rusiya prezidenti Vladimir Putinə müraciət edib. İdmançı ölkə başçısından insan oğurluğu, cinayətkar dəstə yaratmaqda ittiham olunan “Summa” şirkətlər qrupunun sahibi Ziyavuddin Maqomomedova kömək etməsini istəyib.
“Komandamızın sahibi, bizim böyük qardaşımız Ziyavuddin Maqomedov çətin vəziyyətdədir. O, həm mənə, həm də digər Rusiya idmançılarına kömək göstərib. İndi o, çətin vəziyyətdədir. Mən istəyirəm o bilsin ki, biz idmançılar ona görə dua edirik. İnanıram ki, bu vəziyyət tezliklə həllini tapacaq. Ümid edirəm ki, bizim milli liderimiz Vladimir Putin ona kömək edəcək. Onu sonuncu seçkilərdə qazandığı qələbə münasibətilə də təbrik edirəm”, - Nurmaqomedov bildirib(virtualaz.org).