Həbib İstanbula ÇAĞIRILDI - “Qalatasaray”dan inanılmaz JEST

Baxış sayı:
3568

Türkiyənin “Galatasaray” klubu bazar günü qarışıq döyüş növləri üzrə Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gələrək bir anda bütün müsəlmanların sevimlisinə çevrilən rusiyalı idmançı Həbib Nurməhəmmədovu İstanbula dəvət etmək niyyətindədir.
 
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, “Qalatasaray” forması ilə çəkdiyi şəkilləri dəfələrlə paylaşan dağıstanlı idmançı oktyabrın 24-də Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Türk Telekom” stadionunda Almaniyanın “Şalke 04” klubu ilə keçiriləcək matça dəvət ediləcək.
 
Qeyd edək ki, “sarı qırmızılılar” Həbib 14 yaşında ikən “Qalatasaray” forması ilə verdiyi pozu sosial şəbəkədən paylaşaraq dmançını təbrik etmişdi.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.
 
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.
 
Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.