Haftarın ordusu Türkiyənin təklifini rədd etdi - PUTİNƏ DƏ "YOX" DEYİLDİ!

Baxış sayı:
3954

Xəlifə Haftarın koomandanlıq etdiyi Liviya milli ordusu atəşin dayandırılması barədə Rusiya və Türkiyənin təşəbbüsünü rədd edib.

Bu barədə Liviya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general Əhməd əl-Mismari bildirib.

Çərşənbə günü İstanbuldakı görüşdən sonra Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə və Rəcəb Tayyib Ərdoğan Liviya münaqişəsinin bütün tərəflərini yanvarın 12-də gecə yarısından döyüş hərəkətlərini dayandırmağa çağırıblar.

Qeyd edək ki, Xəlifə Hatarın ordusu Liviyanın bir sıra şəhərlərini nəzarət altına alıb.