Gürcü deputatlar Moskvaya getməkdən İMTİNA ETDİLƏR

Baxış sayı:
3025

Gürcüstan parlamentində təmsil olunan müxalif Vətənpərvərlər Alyansı Partiyasından olan deputatlar Moskvada iyulun 1-2-də keçiriləcək “Parlamentarizmin inkişafı” mövzusunda beynəlxalq forumda iştirak etməyəcək.

Bu barədə deputat Giorgi Lomaia məlumat verib.

“Moskvaya getmək fikrimiz yoxdur. Bəli, oraya səfərimiz nəzərdə tutulmuşdu, dəvətnamələr almışdıq. Beynəlxalq Parlamentarizm Forumu çərçivəsində Abxaziya və Osetiya nümayəndələrilə də görüşlər keçiriləcəkdi. Lakin Gürcüstandakı bu son hadisələrdən sonra bütün bunlar, sözsüz ki, baş tutmayacaq”, - parlament üzvü jurnalistlərə bildirib.\\Report