​Futbolçu belə biabır edildi - "Qızıl zibil qabı - 2017"

Baxış sayı:
1713

Portuqaliyanın “Benfika” futbol komandasında icarə şərtləri ilə oynayan İtaliyanın “İnter” klubunun hücumçusu Qabriel Barboza A seriyası üzrə ötən ilin ən pis futbolçusu hesab edilib.
Muxalifet.az xəbər verir ki, bu futbolçuya “Qızıl zibil qabı – 2017” anti-mükafatı verilib.
Braziliyalı futbolçu 2016-cı ildə 33,5 milyon avro müqabilində “İnter” klubuna transfer edilib, lakin komandanın start heyətində bir dəfə də olsun oyuna çıxmayıb və cəmi bir qol vurub.