​Futbol üzrə DÇ-2018-in daha bir iştirakçısı bəlli oldu

Gələn il Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı bəlli olub. Belə ki, Cənubi Koreya mundiala vəsiqəni rəsmiləşdirib.
Asiyalılar seçmə mərhələnin 10-cu turunda Özbəkistanla qolsuz heç-heçə edərək xalını 15-ə çatdırıb və A qrupunu 2-ci pillədə başa vurub. Bununla da İranın ardınca koreyalılar da mundialda oynamağı təmin edib.
Qeyd edək ki, Cənubi Koreya yığması ev sahibi Rusiya, həmçinin Braziliya, İran, Yaponiya, Meksika və Belçikadan sonra mundialda iştirak hüququna yiyələnən 7-ci komanda olub.