​Futbol tarixinin ən bahalı qapıçısını "Çelsi" aldı - Fantastik MƏBLƏĞ

Baxış sayı:
532

“Çelsi” tarixin ən bahalı qapıçı transferini edib.
Muxalifet.az xəbər verir ki, ingilislər “Atletiko Bilbao”nun qapıçısı Kepa Arrizabalaqanı heyətinə qatıb.
“Çelsi” bunun üçün 80 milyon avrosundan keçib. Beləliklə, 23 yaşlı Kepa tarixin ən bahalı qapıçısı olub. Eyni zamanda, o, “Atletiko” tarixinin ən baha qiymətə satdığı futbolçu olub.
Transfer barədə “Atletiko Bilbao” rəsmi açıqlama yayıb.
Kepanın başçılıq etdiyi ən bahalı qapıçıların siyahısı belədir:

1- Kepa 80 milyon avro (Bilbao - Çelsi)
2- Alisson 62.5 milyon avro (Roma - Liverpul)
3- Buffon 52.9 milyon avro (Parma - Yuventus)
4- Ederson 40 milyon avro (Benfika - Mançester Siti)
5- Pikford 28 milyon avro (Sanderland - Everton)