Fransadakı etirazlarda Rusiyanın rolu olub? - KREMLDƏN AÇIQLAMA

Baxış sayı:
6718

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransada keçirilən “sarı jiletlilər"in aksiyasının Rusiya tərəfindən dəstəklənməsi iddialarına münasibət bildirib. Muxalifet.az xəbər verir ki, Peskov deyilənlərin böhtan olduğunu qeyd edib. “Fransadakı etirazlarda Rusiyanın mümkün iştirakı haqqında hər hansı iddia böhtandan başqa bir şey deyil”-deyə Peskov bildirib. O söyləyib ki, Rusiya və Fransa arasında münasibətlərin daha da inkişaf etdirilməsi üzərində işlər gedir. Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar keçirilir.