Fransa "Barış Pınarı" əməliyyatını qınadı və Ankaradakı fransız səfir Türkiyə XİN-ə cağırıldı...

Baxış sayı:
9139

Türkiyə XİN-dən verilən açıqlamada Fransanın “Barış Pınarı”əməliyyatı haqqında qəbul etdiyi qərar qınanaraq,” Suriya torpaqlarında bir terror dövləti qurmağa çalışan Fransa məruz qaldığı məyusluq nəticəsində bu qərarı verdi”, ifadə edildi. Görünür, Fransa PKK/YPG-nin belə darmadağın ediləcəyini gözləmirdi.
Muxalifet.az 
"Hürriyet"ə istinadla bu barədə xəbər verir. 
 
Fransa Parlamenti və höküməti bu addımlarla AB – nin də terror təşkilatı olaraq qəbul etdiyi PKK-nın Suriya qolu PYD/YPG ilə eyni sırada durduqlarını bütün dünyaya bir daha elan edir. Açıqlamada deyilir ki, terrorçuların Yelisey sarayında ən yuxarı səviyyədə qəbul olunduğu bir ölkənin parlamentinin bu mövqeyi Türkiyəni təəccübləndirmir.
Açıqlamada Türkiyə İŞİD-ə qarşı başqa bir terror qrupu PKK/YPG ilə müttəfiqlik etmədyini, Fransanın Türkiyənin təhlükəsizlik maraqlarına təhlükə kəsb edən PKK/YPG- ni İŞİD ilə mübarizə adı altında dəstəklədiyini, PYD/YPG ilə Suriya kürdlərini eyni tərəziyə qoyma səhvində israr etdiyini xüsusi qeyd edilib.
Bu günə qədər dəfələrlə beynəlxalq ictimaiyyətə və digər dövlətlərdən olan partnorlarımıza verdiyimiz açıqlamalarda haqqımızda deyilənlərin yalan olduğu sübut olunmuşdur.Lakin bütün cəhdlərimizə baxmayaraq Fransa parlamentinin həqiqətə uyğun gəlməyən qərarlar qəbul etməsi ancaq Türkiyəyə qarşı tutuduğu qərəzli mövqe və Fransanın Suriya mövzusunda uğursuzluğu ilə izah oluna bilər.
Bundan başqa açıqlamada ”İŞİD-lə üz-üzə mübarizə aparmış, şəhid vermiş, daimi terrorçulara qarşı əməliyyatlar keçirən Türkiyəyə Fransa dərs verə bilməz. Suriya ərazisində İŞİD üzvü olan öz vətəndaşlarına belə ikili standartlarla davranan bir ölkə kimi Fransanın Türkiyəni ittiham etməyə haqqı yoxdur ”, deyə bildirirlib.
Xatırladaq ki, Fransa Parlamenti dünən Suriyanın şimalında yaradılmağa çalışan terror koridorunu ləğv etmək, bölgəyə sülh və sabitlik gətirmək üçün təşkil olunan Barış Pınarı hərəkatını qınayan siimvolik qanun layihəsini 121 səslə qəbul edib. Səsvermə zamanı layihəyə qarşı heç bir səs verilməyib.
Bu gün isə Fransanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.       
Muxalifet.az