“Formula-1” sayəsində Bakıda “böyük eşq”: aktrisa Pərvin Abıyeva Lyus Hamiltonu özünə sevgili elan etdi

Baxış sayı:
6454

“Formula-1” yarışlarının Bakıda ötən həftə sonu keçirilən Azərbaycan Qran-prisi sayəsində qalmaqallı aktrisa Pərvin Abıyeva özünün “böyük eşqini tapdığını” elan edib. Virtualaz.org xəbər verir ki, aktrisa sosial şəbəkələrdə britaniyalı pilot, ötən il Bakıda keçirilən yarışların qalibi olmuş Lyuis Hamiltonla “eşq yaşadığını” bildirib. Aktrisa İnstagram-da pilotun şəklini də dərc edib və onu “Mənim məhəbətim” adlandırıb. Hətta ona ismarıc da yazıb. “Çox xoşbəxtəm, Lyus Hamilton da məni sevir”-adı oynadığı rollardan daha çox çılpaq şəkilləri, tez-tez dəyişən məşuqələri ilə gündəmə gələn Abıyeva bildirir. Aktrisanın yazdıqları sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.