​Fələstinli rejissor və aktyorlar İstanbul Film Festivalını boykot etdilər

Baxış sayı:
5575

Fələstinli rejissor və aktyorlar İstanbul Film Festivalının sponsorları arasında İsrailin olduğu iddiası ilə festivalı boykot etmək qərarına gəliblər.
Muxalifet.az xəbər verir ki, Festival 6-17 aprel tarixləri arasında İstanbulda keçirilir və sayca 37-cidir.
Festivalın sponsorları arasında “Art İsrael” vasitəsilə İsrail xarici işlər nazirliyinin olduğunu iddia edən fələstinlilər sponsorluğun ləğvini tələb ediblər. Festivalı keçirən İstanbul Mədəniyyət Cəmiyyəti isə bu tələbi yerinə yetirməyib. Bu səbəbdən fələstinlilər festivalı boykot ediblər.