​FİFA 20 milyard dollarlıq təklifdən imtina etdi

Baxış sayı:
3353

Yaxın Şərqdən olan konsorsium iştirakçıların sayı artırılmış Klublararası Dünya çempionatı və Millətlər Liqası oyunlarının teleyayım hüquqlarını almaq istəyir.
 
Muxalifət.az goal.az-a istinadən xəbər verir ki, bunun üçün FİFA-ya 20 milyard dollar təklif edilib. Qurum bu təklifi geri çevirib və məsələni ətraflı nəzərdən keçirməyin zəruriliyini əsas gətirib. 2018-ci ilin əvvəlində Səudiyyə Ərəbistanı və Çin FİFA prezidenti Canni İnfantino Klublararası Dünya çempionatını qəbul etməklə bağlı müraciət edibmiş.
Qeyd edək ki, Klublrarası Dünya çempionatının 4 ildən bir keçirilməsi və iştirakçıların sayını 24-ə yüksəltmək məsələsi gündəmdədir. İnvestorlar teleyayım hüququnu ala bilsə, bu turnir tamamilə onların nəzarətinə keçəcək. FİFA təsis olunduğu vaxtdan bəri heç vaxt bayrağı altında keçirilən turniri 3-cü tərəfin nəzarətinə verməyib.