​Fatih Terimə AĞIR İTKİ - Foto

Baxış sayı:
7738

Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi Fatih Terimin atası vəfat edib. Muxalifet.az report-a istinadən xəbər verir ki, Talat Terim Adana şəhərində müalicə aldığı xəstəxanada 94 yaşında dünyasını dəyişib. Qeyd edək ki, F.Terim fevralın 2-də "Qalatasaray"ın səfərdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Alanyaspor"la XX tur matçından sonra mətbuat konfransına qatılmayıb və səhhətində problem yarandığı üçün reanimasiyaya yerləşdirilən atasının yanına gedib.