Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhədə gəldi

Baxış sayı:
12129

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan avqustun 30-da Ermənistan-Azərbaycan sərhədinin cənub-şərq istiqamətində döyüş mövqelərinə baş çəkib.

Virtualaz.org bildirir ki, xəbəri Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilir ki, Davtyan burada operativ vəziyyət, hərbi qulluqçuların döyüş hazırlığının səviyyəsi, döyüş növbəsinin icra edilməsi şərtləri, mühəndislik və istehkam işləri ilə  tanış olub.