​ERMƏNİSTANDA MÜHARİBƏ XOFU – Sabiq müdafiə naziri: “...Azərbaycan bizi 5 günə məhv edəcək”

Baxış sayı:
6709

Qondarma "DQR”respublikanın sabiq müdafiə naziri Samvel Babayan 2020-ci ildə "prezidentliyə" namizəd olacağı ilə bağlı açıqlama yayıb. Muxalifet.az sfera.az-a istinadən xəbər verir ki, Babayan 1in.am portalına verdiyi müsahibəsində ermənilərin təcili müharibəyə hazırlaşmalı olduğunu bildirib.”Biz təcili müharibəyə hazırlaşmalıyıq. Yoxsa Azərbaycan bizi 5 günə məhv edəcək. Azərbaycan hal-hazırda güclü orduya malikdir. Biz hazırlaşmasaq aprel faciəsini yenidən yaşayacayıq.”