Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilir - PAŞİNYANIN İSTEFASI TƏLƏB OLUNUR

Baxış sayı:
1161

Ermənistan parlamentinin binası qarşısında “Qurtuluş hərəkatı”nın üzvləri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirir.

Virtualaz.org bildirir ki, “Novosti Armeniya” hadisə yerindən canlı yayım edir.

Bir müddət öncə hərəkat hakim “Mənim addımım” parlament fraksiyasının “antimilli və antidövlət” olduğuna dair bildiriş yayıb.