Ermənilər ölkələri üçün telemarafonda 10 milyon dollar yığdı - Bəs biz?

Baxış sayı:
7177

Ümumerməni “Hayastan” fonudunun 22-ci telemarafonunda 10 milyon dollar vəsait yığılıb.
Muxalifet.az bu barədə "jam-news" saytına istinadla xəbər verir.

Vəsait iqtisadiyyatı pis vəziyyətdə olan Ermənistan və qondarma "DQR" üçün xərclənəcək. Bu indiyə qədər yığılmış ən az məbləğdir. Bu fond 1992-ci ildə sabiq erməni prezident Levon Ter-Petrosyanın fərmanı ilə - Sovet İttifaqının dağılmasından sonra təsis olunub və əsas məqsəd Ermənistan və qondarma "DQR"-in inkişafı üçün vəsait xərcləməyə hazır olan ermənilərin səylərini birləşdirməkdir. Telemarafon 1996-cı ildən bəri keçirilir və iri layihələrin - bağçaların, məktəblərin, xəstəxanaların, yolların tikintisi və s. üçün sərf olunur. 

P.S. Ermənilər heç bir iqtisadi inkişafı olmayan "əldəqayırma dövlət"lərini ayağa qaldırmaq üçün öz qazanclarından xərcləyirlər. Bəs biz? Nə vaxtsa rast gələn olubmu? Bəlkə bizim xaricdə yaşayan həmvətənlərimiz daha kasıbdırlar? Vətən üçün bir xeyriniz yoxdursa, nəyə lazımsınız? Unutmayın ki, güc birlikdədir.
Muxalifet.az