Erməni hərbi bölməsi Suriyaya göndərilir
13-11-2018 00:23
Baxış sayı:
4135
Ermənistan hərbi bölməsi yaxın müddətdə Suriyaya göndəriləcək.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri əvəzi David Tonoyan mediaya açıqlamasında deyib. O bildirib ki, bununla bağlı bütün sənədlərin imzalanması artıq başa çatır.
Bölmənin tam hazır olduğunu bildirən Tonoyan əsgərlərin Suriyaya gedəcəyi dəqiq tarixi açıqlamayıb. Bu tarixin bu ilin sonu və ya gələn ilin əvvəlində olacağı ehtimal edilir.
Qeyd edək ki, Ermənistan Suriyaya KTMT öhdəliyi çərçivəsində əsgər göndərir.