Erməni 2 dəfə yerə çırpıldı: Orucov gümüş, Heydərov isə...

Baxış sayı:
958

Azərbaycan cüdoçusu Rüstəm Orucov II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb.

Muxalifet.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda Ermənistan idmançısı Ferdinand Karapetyanı mübarizədən kənarlaşdırıb.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov ikinci Avropa Oyunlarının bürünc medalını qazanmaq şansı əldə edib.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda Ermənistan idmançısı Ferdinand Karapetyanı mübarizədən kənarlaşdırıb.

***

II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov 1/2 final görüşünə çıxıb.

R.Orucov yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gəlib və adını finala yazdırıb.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov II Avropa Oyunlarında bürünc medal qazanıb.

Heydərov 3-cü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.

***

Azərbaycan cüdoçusu Rüstəm Orucov II Avropa Oyunlarında gümüş medal qazanıb.

O, finalda isveçli Tomas Masiasa məğlub olub./axar.az