​Eduard Məmmədov ingilisləri döymək üçün LONDONA GEDİR

Baxış sayı:
3025

İyul 7-də İngiltərənin paytaxtı Londonda ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq yarışı keçiriləcək.
Bu barədə Publika.az-a açıqlamasında 23 qat dünya, 15 qat Azərbaycan çempionu, Kikbosksinq Federasiyasının idmançısı Eduard Məmmədov məlumat verib.
 “Ağ canavar” bildirib ki, yarış bir neçə gün davam edəcək:
 “Bu yarış İngiltərə-Azərbaycan döyüşçüləri arasında keçiriləcək. Digər ölkələrin nümayəndələri qatılmayacaq. Müsabiqə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Ona görə də məsuliyyətlə hazırlaşırıq ki, yaxşı nəticələr əldə edək. Yarışa həm döyüşçü, həm də məşqçi kimi qatılacağam. Londona 10-a yaxın tələbəmlə getməyi düşünürəm”.