Dünyanı silkələyəcək dəhşətli savaşa doğru - Çin bu müsəlman ölkəsinə ordu yeridir

Baxış sayı:
4185

ABŞ İraqın təzyiqinə davam gətirə bilmək üçün Çinlə sıx əməkdaşlıq edə bilər. Mütəxəssislər, İraqın Baş naziri Adil Əbdülmehdi və Çinin Bağdaddakı səfiri Zhanq Tao ilə baş tutan görüşün nəticəsinə əsasən belə qənaətə gəlib.

"Anadolu" agentliyinin məlumatına görə, hökumət başçısı görüş zamanı bildirib:

“ABŞ İŞİD-lə mübarizədə səy göstərdi. Lakin İraqın mübarizə meydanı olmasını istəmirik. ABŞ İraq hökumətinin qərarı ilə buradadır və çəkilməsi barədə qərarı da İraq hökuməti verdi”.

Baş nazir İraq və Çin arasında əlaqələrin möhkəmlənməsinin vacibliyinə diqqət çəkib:

“Çin önəmli və güclü tərəfdaşımızdır. Çinlə əməkdaşlıq vacib məsələ oldu. Xalqımız bunun önəmini açıq şəkildə dərk edir. Çinin də bizi beynəlxalq arenada dəstəkləməsini gözləyirik”.

Çinli diplomat isə bildirib ki, Pekin İraqa dəstəyini əsirgəməyəcək və ölkənin bərpa olunması üçün səy göstərəcək.

Qeyd edək ki, Bağdadda iranlı generalın öldürülməsindən sonra, İraq parlamenti xarici qüvvələrin ölkədən çıxarılmasına qərar verib. ABŞ adminstrasiyası isə qərara etiraz edərək, Bağdadı sərt sanksiyalarla hədələyib.