​"Dövlət Departamentinin qəhramanı" İrəvana gəlir

Baxış sayı:
1438

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd irəli sürülən Linn Treysi mükafatlandırıb.
 
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Linn Treysi adlı qadın "Dövlət Departamentinin qəhramanı" fəxri adına adına layiq görülüb.
 
Linn Treysi bundan əvvəl ABŞ-ın Pakistanda səlahiyyətli səfiri olub. 2008-ci ildə onun avtomobili səfirliyə doğru gedərkən "Taliban"ın pusqusuna düşür. Pusqudan xilas olan səfir daha sonra iş başına qayıtdığına görə Dövlət Departamenti tərəfindən mükafatlanıdırılır.
 
Qeyd edək ki, Linn Treysinin yaxın günlərdə ABŞ-ın Ermənistanda səfiri təyin olunacağı gözlənilir.