​"Deyirəm ki, ayrılıram" - Xalq artisti gənc ərindən danışdı

Baxış sayı:
685

Xalq artisti Naibə Allahverdiyeva "Xəzər maqazin"ə şəxsi həyatı ilə bağlı açıqlama verib.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, aktrisa özündən yaşca kiçik olan həyat yoldaşından danışıb və aralarında yaşanan davalardan söz açıb:
"Bizi ayırmaq istəyən insanlar həddən artıq çox oldu. Mən çox streslər, depressiyalar yaşadım. O da həmçinin. Dedi ki, bizim bu iki illik həyatımızı insanlar 10-20 ilə yaşayır. Həyatımızda çox çətinlik oldu. Hərdən kapriz edirəm, küsürəm. Deyirəm, yox, mən ayrılıram. Deyir ki, biz bu qədər çətin həyat yolu keçdik. 3 ildə bizə kənardan nə qədər müdaxilələr oldu.
Xoşbəxtəm, çünki həyat yoldaşım tərəfindən çox sevilirəm. Mənə deyir ki, əgər mən səni itirsəm, onu bil ki, yox olmuş kimi olaram. Xoşbəxtliyim həyat yoldaşımdan asılıdır. İstədiyi zaman məni xoşbəxt də edir, bədbəxt də.
Dünyanın ən gözəl xoşbəxtliyi ana olmaqdır. Elə istəyərdim ki, indi 3-4 uşağım olsun. İstəyərdim kənddə yaşayım. Çoxlu uşaqlarım, nəvələrim olsun. Hərdən 3-4 uşağı olan insanlar da ayrılır. Mənə elə gəlir ki, ailədə sevgidən çox hörmət olmalıdır".