Devrilmiş prezidentin 450 milyon dollarına əl qoyuldu

Baxış sayı:
14104

Tunisdə bu günə qədər “Ərəb Baharı”nda devrilmiş prezident Zeynel Abidin bin Əli və ailəsinə aid təxminən 450 milyon dollara əl qoyulub.
 
Tunisin maliyyə naziri Rza Şelgum Parlamentdə keçirilən sessiyadakı çıxışında, bu günə qədər devrilmiş prezident Zeynel Abidin bin Əli və ailəsinə məxsus nağd, bank hesabı və daşınmaz əmlakdan ibarət olan toplam təxminən 450 milyon dollara əl qoyulduğunu deyib.
 
XƏZİNƏYƏ TƏHVİL VERİLİB
 
Nazir Şelgum əl qoyulan mallardan 420 milyon dolların büdcəyə köçürüldüyünü bildirib.
Ölkədə inqilabdan sonra baş verən müsadirələrə dair açıqlama edən Şelgum, Milli Müsadirə Komissiyası tərəfindən 2012-2018-ci illər arasında  2335 müsadirə qərarı çıxarıldığını, bunların ümumilikdə 630-u daşınmaz əmlak, 20-i ticarət müəssisəsi, 242 maliyyə hesabı, 211 maşın, motor və yat, 139 silah, mebel və qiymətli minerallardan ibarət olub.
Həmin sessiyada söz alan ədliyyə naziri Məhəmməd Kərim el-Cemusi də Tunisin ölkə xaricinə qaçırılan mallardan ancaq 40 milyon dollarını geri ala bildiklərini deyib.

Müxalifət.az