Deputat və arvadını öldürən qatil intihar etdi
29-01-2020 12:00
Baxış sayı:
2152
Rusiyanın Rostov vilayətində mənzillərində ölü tapılan deputat Andrey Alabuşev və arvadı Olqa Alabuşevanın qatili məlum olub.
Virtualaz.org rus KİV-lərinə istinadən bildirir ki, onun meyitini deputatın mənzilindən tapıblar.
İlkin ehtimala görə, o intihar edib.
Andrey Alabuşev Rusiyanın Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki, Aqrar-elmi mərkəzin direktoru olub.
Yaşadıqları mənzildə dünən onun və arvadının üzərində çoxsaylı kəsik yaraları olan meyiti aşkar edilib. Onların qarət məqsədilə öldürüldükləri barədə xəbər yayılmışdı.