​Daha bir ölkə Quaydonu prezident kimi tanıdı

Baxış sayı:
9544

Sloveniya Venesuelanın müxalifət lideri Xuan Quaidonu müvəqqəti prezidenti kimi tanıyıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Sloveniya hökumətinin rəsmi tvitter hesabında bəyanat yayılıb. Nazirlər Kabinetinin yaydığı məlumatda “Sloveniya hökuməti Venesuelada azad, ədalətli və demokratik prezident seçkilərinin keçirilməsi naminə Xuan Quaydonun müvəqqəti prezidentliyini tanıyır”, - sözləri qeyd edilib.
Qeyd edək ki, hazırda Xuan Quaydonu legitim prezident kimi ABŞ, Kanada və Latın Amerika ölkələri tanıyır. Rusiya və Türkiyə Nikolas Maduronu dəstəklədiyini bildirir. Venesuela isə daha əvvəl məlumat yayaraq 61 ölkənin Quaydonu tanıdığını qeyd etmişdi.