Çörəyə şokolad sürtmək üstündə dava düşdü, qardaş bacını öldürdü

Baxış sayı:
4448

Bacı qardaş arasında çörəyə şokolad yağı çəkmək üstündə yaranan mübahisə ölümlə nəticələnib.

Milli.Az Habertürk-ə istinadla bildirir ki, hadisə Türkiyənin Afyonkarahisar şəhərinin Dördyol qəsəbəsində baş verib.

Mətbəxdə bacı ilə qardaş arasında çörəyə şokolad yağı sürtmək üstündə dava düşüb. Qardaşına əsəbləşən 12 yaşlı Sude Naz onun eynəyini vuraraq yerə salıb. Nəticədə 21 yaşlı O.A özündən çıxıb. O, bacısını huşu itənə qədər döyüb.

Uşaqlarının səsinə gələn valideynləri qızın huşsuz vəziyyətdə uzandığını görüb, təcili tibbi yardım çağırıblar. 12 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

21 yaşlı O.A saxlanılıb. Onun psixoloji problemlərinin olduğu iddia edilir.