Çin ABŞ-a çağırış etdi: İrana sanksiyaları ləğv edin!

Baxış sayı:
1756

Çin İrana sanksiyaların ləğv edilməsi üçün müraciət yayımladı. "Koronavirusla effektiv mübarizənin reallaşdırılması üçün İrana qarşı sankisyaların ləğvinə çağırırıq".
Muxalifet.az
"Euronews"a istinadla bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.O, hazırkı sanksiyaların yalnız İranda koronavirusla bağlı vəziyyəti pisləşdirəcəyini bildirib.
XİN rəsmisi Çinin İranda koronavirusun yayılmasını diqqətlə izlədiyini söyləyib. Diplomat Pekinin həmçinin İrana tibbi yardım göndərdiyini vurğulayıb.
Görünür Çin onun vacib iqtisadi partnyoru olan İranı elə əməkdaşlığa görə ABŞ-ın tətbiq etdiyi sanskiyalardan xilas etməyin və İranın iqtisadi çöküşünün qarşısını almağın yollarını axtarır. 
Muxalifet.az