Çilidən gətirilən külli miqdarda kokaini Ukraynadan Aİ ölkələrinə keçirmək istədilər

Baxış sayı:
2866

Ukraynanın “Cənub” portunda Avropa İttifaqı (Aİ) ölkələrinə daşınması planlaşdırılan 30 kiloqram kokain aşkarlanıb.
 
Müxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti xəbər yayıb.
 
Bildirilir ki, Çilidən gətirilən kokainin Ukrayna vasitəsilə Avropa İttifaqı ölkələrinə aparılması nəzərdə tutulurdu. Saxlanılan kokainin qara bazarda qiyməti 90 milyon qrivna (4 milyon dollara yaxın) dəyərləndirilir.
 
Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, narkotacirlər ümumilikdə 500 kiloqram kokaini Ukrayna vasitəsilə Avropa İttifaqı ölkələrinə daşımağı planlaşdırıblarmış…